Sürücü sükan arxasında qıc oldu, ağır qəza törətdi - VİDEO

16:28 05.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında Avropa Azərbaycan Məktəbinin qarşısında ağır qəza qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, qəzaya səbəb sürücünün sükan arxasında qıcolma keçirməsi olub.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb, avtomobillərə ziyan dəyib.

Qəza törədən sürücü Avropa Azərbaycan Məktəbinə şagird aparırmış.